Maliyyə

Azərbaycan manatının dövretmə sürəti - Artıb

Azərbaycan manatının dövretmə sürəti - Artıb | FED.az
11:50 27 Fev 2021

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,85 bənd təşkil edib.

Eləcə də bax: Azərbaycan manatının - Effektiv Məzənnələri Artıb

FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu yanvarın 1-nə nisbətən 0,28 bənd çox, ötən ilin fevralın 1-nə nisbətən isə 0,51 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. (Report)

Banner

Digər xəbərlər