Maliyyə

Azərbaycan manatının dövretmə sürəti - ARTIB

Azərbaycan manatının dövretmə sürəti - ARTIB | FED.az
10:48 26 İyun 2020

Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,84 bənd təşkil edib.

Eləcə də bax: Azərbaycan banklarının - KREDİT QOYULUŞU AZALIB

FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,76 bənd, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 0,1 bənd çoxdur.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. (Report)

Digər xəbərlər

Banner