Maliyyə

Azərbaycan manatının - Effektiv Məzənnələri Artıb

Azərbaycan manatının - Effektiv Məzənnələri Artıb | FED.az
10:57 27 Fev 2021

Bu ilin fevral ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 74,9 bənd təşkil edib.

Eləcə də bax: Azərbaycan banklarının xarici öhdəlikləri - Artıb

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 bənd az, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 bənd çoxdur.

Bu ilin fevral ayının 1-nə manatın real effektiv məzənnəsi isə 100,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,3 çoxdur. (Report)

Banner

Digər xəbərlər