Maliyyə

Mərkəzi Bankdan "500 manatlıq buraxılıb" iddialarına - Reaksiya

Mərkəzi Bankdan "500 manatlıq buraxılıb" iddialarına - Reaksiya | FED.az
16:50 22 Yan 2021

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq “kağız pul nişanı"nın təsvirləri yayılıb.

Eləcə də bax: 1, 5 və 50 manatlıq pul nişanları - Bu Aydan Dəyişdirilir

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

"Konstitusiya və “Mərkəzi Bank haqqında” qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanmasını və tədavülə buraxılmasını yalnız AMB həyata keçirir. 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları AMB-dən və onun internet səhifəsindən əldə etməyə çağırırıq", - deyə qurum bəyan edib. (Report)

Banner

Digər xəbərlər