Maliyyə

Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması - İcbari Ola Bilər

Azərbaycanda MMC-lərin illik maliyyə hesabatını açıqlaması - İcbari Ola Bilər | FED.az
12:29 18 İyun 2021

Auditorlar Palatası Şurasının videokonfrans formatında növbəti iclası keçirilib.

Eləcə də bax: Azərbaycanda deputatların maliyyə hesabatı verməsi - Məcburi Olacaq

FED.az bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, Şura üzvlərinin və Şura yanında Komitə sədrlərinin iştirak etdiyi videokonfransda aşağıdakı məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul edilib:

1. “Auditor xidməti haqqında” qanunda dəyişiklik edilməsi;

2. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi;

3. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” qanunda dəyişiklik edilməsi;

4. MMC-lərin illik maliyyə hesabatlarının müvafiq dövlət qurumuna təqdim edilməsi və dövrü mətbuatda, internet səhifələrində dərc edilməsinin icbariliyi;

5. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin 29 aprel 2021-ci tarixli 1 nömrəli protokolunun müzakirəsi;

6. “Auditor təşkilatında daxili nəzarətin təşkili və həyata keçirilməsi üzrə Metodik Göstəriş”in layihəsi;

7. Şura yanında Keyfiyyətə nəzarət və keyfiyyətin idarəedilməsi üzrə komitənin müfəttişlərinin siyahısında dəyişiklik edilməsi.

Banner

Digər xəbərlər