Maliyyə

Azərbaycanda problemli kreditlər - Yenidən Artıb

Azərbaycanda problemli kreditlər - Yenidən Artıb | FED.az
12:59 23 İyul 2021

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il iyulun 1-nə 914,6 milyon manat təşkil edib.

Eləcə də bax: Kreditlərin 97,5 faizi - Banklar Tərəfindən Verilib

FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 0,85% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 2,4% artıb, son 1 ildə isə 14,2% azalıb.

İyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6% təşkil edib. Bu nisbət ötən ilin sonuna 6,1%, ötən il iyunun sonuna isə 7,3% olub. (Report)

Banner

Digər xəbərlər

Banner