Maliyyə

Azərbaycanda xaricilərin xərclədikləri pullar - 2 Dəfə Azalıb

Azərbaycanda xaricilərin xərclədikləri pullar - 2 Dəfə Azalıb | FED.az
15:27 30 İyul 2020

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalma müşahidə olunub.

Eləcə də bax: Azərbaycanda əhali əllərindəki xarici valyutanı - Banklara Satmağa Başlayıb

FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilib.

Məlumata görə, bunun nəticəsində 2020-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23,7 milyon manat təşkil edib. Bu isə 2019-cu illə müqayisədə 91.4 milyon manat, yaxud 79,4% azdır.

2020-ci ilin yanvar-iyun ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 279,7 milyon manatlıq əməliyyat aparıblar ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 311,1 milyon manat, yaxud 52,7% azdır. (Report)

Digər xəbərlər