Maliyyə

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 68 mln. dollar - Cəlb Edib

Azərbaycandakı banklar bugünkü valyuta hərracında 68 mln. dollar - Cəlb Edib | FED.az
14:11 27 İyul 2021

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

FED.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 68,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (22 iyul 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 6,1% azalıb.

Banner

Digər xəbərlər