Maliyyə

Azərbaycandakı POS-terminalların 65%-i təmassız ödənişləri - Qəbul Edir

Azərbaycandakı POS-terminalların 65%-i təmassız ödənişləri - Qəbul Edir | FED.az
11:41 4 Avq 2021

Bu ilin yanvar-iyun aylarında kart infrastrukturunun inkişafında da müsbət tendensiya müşahidə edilib. İyulun 1-nə ölkədə 2 867 bankomat, 60 381 ədəd POS-terminal mövcud olub ki, bunlar da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,9% və 8,1% çoxdur.

Eləcə də bax: Azərbaycanda nağdsız ödənişlərin ümumi dəyəri - 56% Artıb

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı Ödəniş Sistemləri üzrə Yarımillik İcmalda bildirilir.

Sənəddə həmçinin deyilir ki, ötən il iyunun sonuna təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52,9%-ni təşkil etdiyi halda, bu il iyunun sonuna bu göstərici 64,9% olub.

Ödəniş terminallarının sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarımilinin sonuna bankların quraşdırdığı ödəniş terminallarının sayı illik müqayisədə 17% artaraq 1 978 ədəd təşkil edib. (Report)

Banner

Digər xəbərlər