Maliyyə

BVF: Bu il Azərbaycan Mərkəzi Bankı ehtiyatlarının - ÜÇDƏ BİRİNİ İTİRƏCƏK

BVF: Bu il Azərbaycan Mərkəzi Bankı ehtiyatlarının - ÜÇDƏ BİRİNİ İTİRƏCƏK | FED.az
12:21 27 Aprel 2020

Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının azalacağını proqnozlaşdırır.

Eləcə də bax: Valyuta Fondundan Azərbaycanla bağlı - PİS PROQNOZ

FED.az xəbər verir ki, BVF-nin Qafqaz və Orta Asiya ölkələri üzrə yenilənmiş regional icmalında verilmiş proqnozlarına görə, 2020-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $4,1 milyard (2019-cu ilin sonuna $6,3 milyard) təşkil edəcək.

Fond 2021-ci ildə AMB-nin ehtiyatlarının $4,1 milyard səviyyəsində qalacağını proqnozlaşdırır.

BVF hesab edir ki, AMB-nin ehtiyatlarının azalması koronavirus pandemiyası və neftin daha aşağı qiyməti ilə bağlı olacaq.

İcmala əsasən, 2020-ci ilin yekunları üzrə Mərkəzi Bankın ehtiyatları idxal xərclərini 3,4 ay, 2021-ci ildə isə 3,3 ay ödəmək üçün kifayət edəcək.

31 mart 2020-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları təxminən $6,4 milyard təşkil edir.

İnterfaks

Digər xəbərlər