Maliyyə

Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata Sədri

Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata Sədri | FED.az
12:17 13 Aprel 2021

Dövlət qurumlarında yol verilən əsas nöqsanlardan biri də satınalmaların düzgün rəsmiləşdirilməməsidir.

Eləcə də bax: “Səriştəli kadrların özəl sektora axını müşahidə olunur”

FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın illik hesabatını təqdim edərkən deyib.

V.Gülməmmədov bildirib ki, Hesablama Palatasının ötənilki nəzarət tədbirləri əsasən aqrar sahəni, dövlət satınalmalarını, maliyyə hesabatlarını, həmçinin dövlət büdcəsinin planlaşdırılmasını və icrasını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı hesabatlılığı əhatə edib

V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının növbəti il üçün strateji planı tərtib edilib. Palata sədri əlavə edib ki, cari ildə iş planında 50-dən çox nəzarət tədbirinin keçirilməsi nəzərdə tutulub. (Trend)

Banner

Digər xəbərlər