Banner

Maliyyə

“Əllərdə dollara dəyişdirilə bilinəcək bir neçə milyard var”

“Əllərdə dollara dəyişdirilə bilinəcək bir neçə milyard var” | FED.az
08:24 13 Mart 2020

“Qısa bir müddətdə xarici valyutaya çevrilə bilinəcək əllərdə bir neçə milyard manat vəsait var”.

FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın birinci vitse-prezidentin köməkçisi Xalid Əhədov bildirib.

Eləcə də bax: Azərbaycan vətəndaşlarının dollara olan hazırkı orta - TƏLƏBİ AÇIQLANDI

O, neftin kəskin ucuzlaşmasından sonra daxili bazarda xarici valyutaya tələbatın artmasına toxunaraq deyib:

“İqtisadi agentlərin (əhali və şirkətlər) manatda vəsaitləri – var nağd şəkildə, yəni əllərdə olan nağd vəsaitlər  – və onların bank hesablarındakı qalıqları – müddətli depozitlər, şirkətlərin hesablarındakı manat vəsaitləri. Bunlar hamısı bir yerdə, M2 aqreqatı, 18 milyard manat təşkil edir. Bu vəsaitin təxminən 10 milyardı nağd vəsaitdir, hansı ki, əllərdədir. Bu vəsaitin də bəlli bir hissəsi var ki, heç vaxt azala bilməz. Ona görə ki, iqtisadiyyatda tranzaksiyaların baş verməsi üçün manat lazımdır – biz gedib mal və xidmətlər alaq, müəyyən ödənişləri edək, müəssisələr ödənişləri etsinlər və s. Onu çıxandan sonra çox az bir hissədə vəsait qalır ki, mobildir, qısa bir müddətdə xarici valyutaya çevrilə bilər. Amma müəyyən müddət sonra iqtisadi agentin yenidən manata ehtiyacı olacaq və xarici valyutanı manata çevirəcək. Biz indi müşahidə edirik ki, mobil hissə, hansı ki, bir neçə milyard manat ola bilər, həmin vəsait indi narahat kütlə tərəfindən mübadilə məntəqələrinə aparılır və dəyişdirilir. Sabah təlabatları yarandıqca yenidən Manata dəyişəcəklər”.

Xalid Əhədov Manat əmanətlərinin geri götürülərək dollara çevrildiyi faktları olduğunu qeyd edib: “Banklarda yerləşdirilmiş vəsaitlər ilə bağlı davranış dəyişiklikləri var. Bəzi iqtisadi agentlər narahat olub manatdakı depozitlərini geri çəkirlər. Bu halda onlar depozit üçün nəzərdə tutulan faizləri itirirlər. Çıxarılan vəsait dollara çevrilir. Mənim bankirlərdən əldə etdiyim məlumata görə, bir neçə gün öncə manat depozitlərini “qırmış” müştərilər banklara qayıdıb depozitlərinin bərpa edilməsini xahiş edirlər”.

Maliyyə Naziri Samir Şərifov da bildirib ki, təşvişə düşüb depozitlərini geri götürən vətəndaşlar olub:

“Mən bu gün dövlət banklarından biri ilə vəziyyəti maraqlandım. Bildirdi ki, vəziyyət səngiyib. Çünki artıq dövlət birmənalı olaraq bəyan edib ki, narahat olmayın, valyutamız var, biz ondan satırıq. Hərraclar vasitəsilə banklara valyuta satışı davam edir. Həmin bankın sədri mənə bildirdi ki, bir neçə müştəri bankda manatda yerləşdirdiyi depozitləri təşvişə düşdüyünə görə gəlib ləğv ediblər. Nəticədə də, şərtlər pozulduğundan depozitlər üzrə faizi itiriblər, təxminən 15-20 min manat itiriblər. İki gün sonra gəliblər ki, “olar bunu geri qaytaraq”. Şübhəsiz ki, banaklar da “yox” cavabını veriblər. Təşvişə düşənlər özlərini cərmələyirlər. Bütün əhaliyə müraciət edirəm ki, təşvişə heç bir əsas yoxdur”.

 

Digər xəbərlər

Banner