Maliyyə

“Fitch”: Azərbaycanın icmal büdcəsinin kəsiri ÜDM-in 6,8%nə çatacaq

“Fitch”: Azərbaycanın icmal büdcəsinin kəsiri ÜDM-in 6,8%nə çatacaq | FED.az
12:58 18 İyul 2020

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 6,8% təşkil edəcəyini proqnozlaşdırır.

Eləcə də bax: "Fitch" Azərbaycanın reytinqini "BB+" səviyyəsində - TƏSDİQ EDİB

FED.az xəbər verir ki, bu proqnoz Azərbaycan üçün neftin itkisiz qiymətinin (break-even oil price) bir barelə görə 50,7 dollar səviyyəsində olacağı nəzərə alınaraq verilib.

Agentliyin digər proqnozuna əsasən, ölkənin dövlət borcunun ÜDM-ə nisbəti bu ilin sonuna 23%-ə qədər artacaq, lakin 2022-ci il üçün enərək 19% təşkil edəcək.

Qeyd edək ki, ötən il icmal büdcəsinin profisiti 7,343 mlrd. manat və bu ÜDM-in 9%-ə bərabər olub, xarici dövlət borcu isə 15,455 mlrd. dolar və ya ÜDM-in 18,9%-ni təşkil edib.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanın icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbətinin 12,8% təşkil edəcəyini proqnozlaşdırır. (Apa)

Digər xəbərlər