Maliyyə

«Gilan Holdinq» özünə gəlir - NİZAMNAMƏ KAPİTALINI ARTIRDI

«Gilan Holdinq» özünə gəlir - NİZAMNAMƏ KAPİTALINI ARTIRDI | FED.az
15:35 2 İyul 2019

Azərbaycanın aparıcı biznes strukturlarıdan olan, amma son vaxtlar mürəkkəb dövr yaşayan «Gilan» holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitalları artırılıb. FED.az xəbər verir ki, iyun ayının 28-də şirkətin nizamnamə kapıtalının həcmi artırılaraq, 395 milyn 850 min 678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22 milyon 182 min 402 manat təşkil edirdi.  Başqa sözlə, holdinqin nizamnamə kapitalı təqribən 18 dəfə artırılıb.

Br qədər əvvəl yayılmış məlumata əsasən, nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilib ki, «bu da Holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır»-deyə holdinqdən bildirilib.

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq”, qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün iri miqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

Digər xəbərlər