Maliyyə

“Həmin rəqəmləri nazirlik özü açıqlamalıdır”

“Həmin rəqəmləri nazirlik özü açıqlamalıdır” | FED.az
12:46 30 İyul 2020

“Qorunan əmanətlərin tam sığortalanması haqqında” Qanunun qüvvədə olma müddəti ilin sonundaək uzadılıb. Hazırda bu qanun qüvvədədir.

Eləcə də bax: Təcili: Mərkəzi Bank faiz dərəcəsini dəyişdi – CANLI YAYIM 

FED.az xəbər verir ki,  bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, qanuna hansısa dəyişiklik edilməsi nəzərdə tutulmayıb:

“İlin sonunda situasiyadan asılı olaraq müddətin uzadılıb-uzadılmaması ilə bağlı qərar qəbul olunacaq”.

E.Rüstəmov deyib ki, hazırda İqtisadiyyat Nazirliyi pandemiya dövründə dəyən zərərlə bağlı qiymətləndirmələr aparır.

“Həmin rəqəmlər bəlli olsa da, etik baxımdan bunu nazirlik özü açıqlamalıdır”. (Modern)

Digər xəbərlər