Maliyyə

Hesablama Palatası: Ötən il ÜDM-in real artımı - NOMİNAL ARTIMI ÜSTƏLƏYİB

Hesablama Palatası: Ötən il ÜDM-in real artımı - NOMİNAL ARTIMI ÜSTƏLƏYİB | FED.az
14:46 3 İyun 2020

2019-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) faktiki göstəricisi həm real, həm də nominal ifadədə proqnozlardan az olub.

Eləcə də bax: Hesablama Palatasının saxlanmasına - 1,7 MİLYON MANAT XƏRCLƏNİB

FED.az xəbər verir ki, bu barədə qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

Bununla belə, Rəyə əsasən, ÜDM-in real artımı nominal artımını üstələyib, neft ÜDM-də bu fərq əhəmiyyətli olub.

Ötən il ölkədə 81,7 milyard manat dəyərində əlavə dəyər istehsal olunub, məhsul və xidmətlərin real ifadədə dəyəri əvvəlki illə müqayisədə 0,7 faiz bəndi sürətl - 2,2% artıb. 

Report

Digər xəbərlər