Maliyyə

İki qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində - AKKREDİTASİYA OLUNUB

İki qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində - AKKREDİTASİYA OLUNUB | FED.az
15:55 25 Okt 2019

“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi və “Gənc mühasiblər” Birliyi Peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunub. 

Bu barədə FED.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, adıçəkilən təşkilatlar peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısına daxil edilib və Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Beləliklə, peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının sayı 3-ə çatıb.

Akkreditasiya olunan təşkilatlar mühasiblərin peşə biliklərinin artırılması ilə bağlı təlimlər, seminarlar təşkil edəcəklər.

Digər xəbərlər