Banner

Maliyyə

İranda dolların məzənnəsi rekord vurdu - SON VƏZİYYƏT

İranda dolların məzənnəsi rekord vurdu - SON VƏZİYYƏT | FED.az
11:02 6 İyul 2020

İranın milli valyutası olan rialın ABŞ dollarına qarşı məzənnəsi "qara bazar"da yeni antirekordu yeniləyib və hazırda 1 dollar 215 500 riala satılır.

Eləcə də bax: İranda dolların qiyməti rekord həddə - BAHALAŞIB

FED.az xəbər verir ki, COVID-19 pandemiyasının iqtisadiyyata mənfi təsiri ölkənin milli valyutasını da daim təzyiq altında saxlayır. Digər drayverlər kimi neftin qiymətinin aşağı olması və ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar göstərilir.

Qeyd edək ki, 2018-ci ilin may ayından bəri dollara tələbin artımı fonunda rial öz dəyərinin təxminən 70%-ni itirib. Rəsmi məzənnə 1 dollar üçün 42 000 rial təşkil edir və əsasən dövlət tərəfindən maliyyələşdirilən şirkətlərin ərzaq və dərman idxalı üçün istifadə olunur. (Oxu)

Digər xəbərlər

Banner