Maliyyə

Koronavirus Fonduna köçürülən pullar - AÇIQLANDI

Koronavirus Fonduna köçürülən pullar  - AÇIQLANDI | FED.az
09:37 9 Aprel 2020

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

FED.az xəbər verir ki, bu günə kimi Fonda 111 milyon 29 min 718 manat vəsait köçürülüb.

İanə köçürənlər arasında 2 726 hüquqi, 8 588 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Digər xəbərlər

Banner