Maliyyə

Maliyyə Palatasından Mərkəzi Banka - 27 MİLYON MANAT QALIB

Maliyyə Palatasından Mərkəzi Banka - 27 MİLYON MANAT QALIB | FED.az
12:44 6 May 2020

Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ləğvi və funksiyalarının Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi ilə bağlı AMB-yə 26 958 min manat daxil olub.

Eləcə də bax: AMB ötən il 69 milyon manatdan çox - MƏNFƏƏT ƏLDƏ EDİB

FED.az bu barədə AMB-nin ötən il fəaliyyəti ilə bağlı KPMG şirkətinin audit hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, 28 noyabr tarixində MBNP-nin ləğv edilməsi və Azərbaycan qanunlarında müəyyən edilmiş səlahiyyətlərinin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırılma, tənzimləmə, nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının AMB-yə verilməsi nəticəsində ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 26 958 min manat kapital ehtiyatlarına aid edilib və Banklın kapital ehtiyatları 526 958 min manat təşkil edib (APA).

Digər xəbərlər

Banner