Maliyyə

Mərkəzi Bank: 2021-in qalan dövründə neftin qiyməti - 62 Dollar Ətrafında Olacaq

Mərkəzi Bank: 2021-in qalan dövründə neftin qiyməti - 62 Dollar Ətrafında Olacaq | FED.az
16:33 30 Aprel 2021

Beynəlxalq Valyuta Fondunun son proqnozlarına görə 2021-ci ildə qlobal iqtisadi artım 6% təşkil edəcəkdir ki, bu da öncəki proqnoza nəzərən 0.5 faiz bəndi yüksəkdir. Daha nikbin proqnoz peyvəndləmənin gözlənilən nəticələri və ölkələr tərəfindən əlavə antiböhran tədbirləri ilə izah edilir.

Eləcə də bax: "Kredit aktivliyinin bərpası davam edir"

FED.az xəbər verir ki, bu, "Faiz dəhlizinin parametrləri haqqında" başlıqlı məlumatında deyilir.

Məlumatda qeyd edilib ki, qlobal iqtisadi aktivliyin OPEC++ razılaşması şəraitində bərpası neft bazarında tələbi dəstəkləyir. Brent markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 62 ABŞ dollarını üstələmişdir. Beynəlxalq təşkilatların yenilənmiş proqnozlarına görə ilin qalan dövründə neft qiymətləri cari səviyyəyə yaxın olacaqdır. 

Son meyillərin davam etməsi halında 2021-ci ilin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı proqnozlaşdırılır.  (Marja)

Banner

Digər xəbərlər