Maliyyə

Mərkəzi Bank: fərdi sahibkarlara verilən - Kredit Rekord Yeniləyir

Mərkəzi Bank: fərdi sahibkarlara verilən - Kredit Rekord Yeniləyir | FED.az
14:51 29 İyul 2021

2021-ci ilin ilk yarımilliyi ərzində Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlara verilən kreditlərin həcmi rekord yeniləməklə 261.7 mln. manata (31%) yüksəlib.

Eləcə də bax: Azərbaycanda kredit portfelinin həcmi üzrə – BANKLARIN RENKİNQİ (30.06.2021)

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank bildirir.

Söhbət burada yalnız kommersiya banklarının verdiyi kreditlərdən gedir.

1 iyul 2021-ci il tarixinə fərdi sahibkarlığa verilən kreditlərin həcmi 1 milyard 108.7 mln. manat olmuşdur.

Fərdi sahibkarlara verilən kreditlərin 1 042.6 mln. manatı milli valyutada, qalan 66.1 mln. manatı isə xarici valyutada verilənlər təşkil edir.

2021-ci ilin ilk yarımilliyində milli valyutada olan kreditlərin həcmi 35% artdığı halda, xarici valyutada isə dəyişməz qalmışıdr.

Banner

Digər xəbərlər