Maliyyə

"Moody's" Azərbaycanın reytinqlərinə - YENİDƏN BAXDI

"Moody's" Azərbaycanın reytinqlərinə - YENİDƏN BAXDI | FED.az
13:36 15 Fev 2020

“Moody's" beynəlxalq reytinq agentliyi dövriliyə uyğun olaraq, Azərbaycanın reytinqlərinə yenidən baxıb. 

FED.az agentliyin açıqlamasına istinadən bildirir ki, dövri yoxlama ildə bir və yaxud iki dəfə keçirilir və press-reliz yayılır. 

Beləliklə, kredit reytinqi "Ba2", suveren reytinqi isə "Ba3" səviyyəsində qalır. 

"Bu reytinqlər ölkənin iqtisadi gücünü, orta zənginlik səviyyəsinin yüksək volatilliyə əhəmiyyətli dərəcədə məruz qalmasını əks etdirir. Azərbaycanın “a3” fiskal gücü onun xalis kreditor mövqeyi ilə bağlıdır. Ölkənin suveren fondunun aktivləri ümumi xarici birbaşa borc və zəmanətlərdən çoxdur", - açıqlamada qeyd olunub. 

Digər xəbərlər