Maliyyə

“Moody’s” ucuz neftin - AZƏRBAYCANA TƏSİRİNDƏN YAZDI

“Moody’s” ucuz neftin - AZƏRBAYCANA TƏSİRİNDƏN YAZDI | FED.az
15:11 31 Mart 2020

Neftin kəskin ucuzlaşması və COVİD-19 virusunun yayılması nəticəsində MDB ölkələrində iqtisadiyyatın zəiflədiyi bir vaxtda istehlak kreditlərin artması aktivlərin keyfiyyətinin azalması risqinin də artmasına səbəb olur.

Eləcə də bax:Azərbaycanda verilən kreditlərin 50%-dan çoxunu – İSTEHLAK KREDİTLƏRİ TƏŞKİL EDİR

FED.az xəbər verir ki, bu barədə “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.

“Neftin ucuzlaşması və koronavirusun yaratdığı sarsıntı sürətlə artan kreditlərin yaratdığı mənfi nəticələri daha da gücləndirəcək”, – agentliyin eksperti Svetlana Pavlova fikrini bildirib.

Hesabata görə koronavirus nəticəsində bir sıra sahələrdə baş verən tənəzzül üzündən həmin sahələrdə çalışanların aldıqları kreditlər üzrə ödəmə qabiliyyəti əhəmiyyətli dərəcədə azalacaq. Ucuz neft dövrünün uzanması Azərbaycanda, Qazaxıstanda, Rusiyada iqtisadi artımın səngiməsinə və deməli, aktivlərin daha sürətli keyfiyyətsizləşməsinə səbəb olacaq.

“Bununla belə son illər həyata keçirilən tənzimləmə tədbirləri aktivlərin keyfiyyətilə bağlı böhranı bir qədər yumşaltmağa kömək edəcək. MDB ölkələrinin əksəriyyətində bu kimi tədbirlər ya artıq həyata keçirilib, ya da hazırlıq mərhələsindədir”, –  “Moody’s” hesabatında qeyd olunur.

Report

Digər xəbərlər