Maliyyə

Palata daha bir maliyyə xidmətini - LİSENZİYALAŞDIRMAĞA HAZIRLAŞIR

Palata daha bir maliyyə xidmətini - LİSENZİYALAŞDIRMAĞA HAZIRLAŞIR | FED.az
10:08 6 Noy 2019

Maliyyə Bazarlarına Nəzarət Palatası ödəniş xidmətləri təchizatçılarının lisenziyalaşdırılması, onların rəqabət qabiliyyətinin artırılması üçün hüquqi çərçivənin layihəsini hazırlayıb.

FED.az xəbər verir ki, bunu IV Beynəlxalq Bankçılıq Forumunda Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib.

Eləcə də bax: Palata “Bank kapitalının hesablanması - QAYDALARINA DƏYİŞİKLİK EDİB

Alışov, “Təəssüf ki banklar ilə ödəniş sistemləri arasında münasibətlər hal hazırda sahəvi qanun ilə deyil, Mülki Məcəllə, Banklar haqqında qanun, Mərkəzi bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının tələbləri  tənzimlənir” deyərək sözlərinə belə davam edib:

“Bu sahədə rəqabətin artırılması, istehlakçıların hüquqlarının qorunması, bu sahənin lisenziyalaşdırılması, banklar ilə “fintech”lər arasında münasibətlərin hüquqi çərçivəyə salınması hüquqi çərçivəni labüd edirdi. Palata Dünya Bankının ekspertlərinin birlikdə “Ödəniş sistemləri və ödəniş xidmətləri haqında” qanun layihəsini hazırlayıb. Artıq işlər yükunlaşır, Qanun lauihəsi bir neçə dəfə müvafiq dövlət qurumları ilə müzakirə edilib və ilin sonunadək Nazirlər Kapinetinə təqdim edilməsi nəzərdə tutulur”.

İbrahim Alışov əlavə edib ki, əsas məqsədlərdən biri ödəniş xidmətləri  təchizatçılarının rəqabət qabiliyyətini artırmaqdır:

“Qanunun qəbul edilməsindən sonra biz ödəniş xidmətləri  təchizatçılarının rəqabət qabiliyyətini daha da artıra biləcəyik. Onların bir sıra maliyyə xidmətlərinə çıxışını daha operativ edə biləcəyik. Eyni zamanda, mikromaliyyə təşkilatlarının bu sahəyə inteqrasiyasına nail olacağıq”.

Marja

Digər xəbərlər