Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə monitorinqi sektorunun aparıcı analitiki vəzifəsi üzrə vakansiya elan edir.
TƏLƏB OLUNAN TƏHSİL, İŞ TƏCRÜBƏSİ VƏ BİLİKLƏR
• Tam ali təhsil;
• İngilis dili yaxşı səviyyədə və rus dili arzuolunandır;
• İş təcrübəsi 2 il;
• MS Excel proqramından yüksək səviyyədə, digər MS Office proqramlarından orta səviyyəli istifadə bacarıqları tələb olunur;
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik, təşəbbüskarlıq, problemləri həll etmə, analitik düşüncə.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
• Maliyyə qurumlarında yoxlamaların aparılması, risklərin ölçülməsi;
• Məktubların hazırlanması, təkliflərin verilməsi,;
• MS Excel proqram təminatı vasitəsilə cədvəllərin qurulması və hesablamaların aparılması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.