Maliyyə

Qətər türk lirəsini "diriltdi" - 15 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ

Qətər türk lirəsini "diriltdi" - 15 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ | FED.az
11:09 20 May 2020
Türkiyə Respublikası Mərkəzi Bankı ilə Qətər Mərkəzi Bankı arasındakı svop (valyuta mübadiləsi) müqaviləsinin məbləği 15 milyard dollara qaldırlıb.  
 
 
FED.az xəbər verir ki, TCMB ilə Qətər Mərkəzi Bankı arasındakı svop məbləğində dəyişiklik edildi və Türk lirəsi və Qətər rialına 15 milyard dollar dəyərində bir artım edildi. Sazişin iki ölkənin maliyyə sabitliyini dəstəkləmək məqsədi daşıdığı bildirilir.
 
TCMB-nin bununla bağlı bəyanatında bildirilir ki: "Türkiyə Respublikası Mərkəzi Bankı ilə Qətər Mərkəzi Bankı arasında 17 Avqust 2018-ci ildə imzalanan ikitərəfli valyuta mübadiləsi ( swap) sazişində dəyişiklik edilib. Türk lirəsi və Qətəri Riyal üçün Türk lirəsi və Qətər Riyal üçün dəyişmə limiti 5 milyard dollardan 15 milyard dollara qaldırılıb. Valyuta svop sazişinin əsas məqsədi yerli valyutalarla ticarətin asanlaşdırılması və iki ölkənin maliyyə sabitliyinə dəstək olmaqdır".
 
Qeyd edək ki, 2018-ci ildə bağlanan müqaviləyə əsasən Qətərlə svop müqaviləsi  3 milyard dollara yaxın idi,  keçən il bu məbləğ 5 milyard dollara qaldırılib.
 

Qətərlə bu əməmliyyatlar  türk lirəsini "dirçəldıb". 15 gün əvvəl Türkiyədə ABŞ dollarının məzənnəsi 7,2 lirə olduğu halda, hazırda bu göstərici 6,8 lirə ətrafındadır. 

Digər xəbərlər

Banner