Maliyyə

Elman Rüstəmov: "2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək"

Elman Rüstəmov: "2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək" | FED.az
14:38 30 İyul 2021

2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov belə hesab edir.

Eləcə də bax: Elman Rüstəmov: "Bu günə Neft Fondu valyuta satışlarında 539 mln. dollar qənaət edib"

FED.az xəbər verir ki, “Valyuta bazarında təklifin artması və tələbin azalması müşahidə olunur. Bu da öz növbəsində, məzənnənin sabitliyini təmin edir”, - deyə Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, aprel ayından etibarən valyuta hərraclarında təklif tələbi üstələyir.

Rüstəmov vurğulayıb ki, 2021-ci ilin sonuna qədər valyuta bazarında təklif tələbi üstələyəcək.

Bununla yanaşı, onun fikrincə, belə vəziyyət Dövlət Neft Fondunun dövlət büdcəsinə transfertlər üzrə plan tapşırığını yerinə yetirmək üçün hərraclarda valyutanı tam həcmdə sata bilməməsinə səbəb ola bilər. (İnterfaks)

Banner

Digər xəbərlər

Banner