Bu ilin sentyabr ayının 30-da Rusiya rublunun Azərbaycan manatına qarşı məzənnəsi altıaylıq minimuma enərək 0,0215 manat təşkil edib.
Eləcə də bax: Azərbaycanda avronun məzənnəsi - 2 Aylıq Minimuma Endi
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta məzənnələri cədvəli əsasında aparılan hesablamalara görə, rublun məzənnəsi sonuncu dəfə bu səviyyədən aşağı cari ilin mart ayının 31-də enmişdi. Sözügedən tarixdə 1 rubl 0,0214 manata bərabər olub.
Qeyd edək ki, bu gün də Rusiya rublunun məzənnəsi son yarım il ərzində qeydə alınan ən aşağı hədlərində yerləşir və 0,0218 manat təşkil edir. (Apa)