Maliyyə

Şirniyyat evi vergini necə ödəyəcək? – İZAHAT

Şirniyyat evi vergini necə ödəyəcək? – İZAHAT | FED.az
10:57 4 Fev 2019

Vergi Məcəlləsinə bu ildən edilən dəyişikliklər bir sıra sahələrə olduğu kimi, ictimai iaşə obyektlərinin də vergi ödəmələrinə təsir edib. FED.az xəbər verir ki, iqtisadçı ekspert Rauf Qarayev FED.az-a şirniyyat evlərinin vergiyə necə cəlb olunacağını izah edib.

Vergi uçotunda olan şiriniyyat evi, digər vergi uçotunda olan mağazadan sifariş qəbul edir, ona elektron qaimə ilə yanaşı şirniyyat göndərir.

Eləcə də bax: Sadələşdirilmiş vergi ödəyiciləri ilə bağlı - MÜHÜM AÇIQLAMA

Əgər şirniyyat evinin illik dövriyyəsi və ya aylıq dövriyyəsi 200 000 manatı aşmırsa, şirniyyatdan əldə etdiyi dövriyyənin 2 faizini vergi ödəyir.

Əgər dövriyyə 200 000 manatı aşırsa, obyekt 8 faiz vergi ödəyir.

Göründüyü kimi, ictima-iaşə obyekti istənilən halda sadələşmiş vergi ödəyicisi olmaqda davam edir. Buna əsas Vergi Məcəlləsinin 13.2.56-cı, 218.1.2-ci maddələridir.

Digər xəbərlər