Maliyyə

S&P növbəti 3 ildə Azərbaycanda ÜDM-nin artım dinamikasını - Açıqlayıb

S&P növbəti 3 ildə Azərbaycanda ÜDM-nin artım dinamikasını - Açıqlayıb | FED.az
11:54 23 Yan 2021

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi növbəti 3 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalının (ÜDM) artım dinamikasını açıqlayıb.

Eləcə də bax: S&P: Bu il Azərbaycanda - ÜDM 2,1% Artacaq

FED.az bu barədə reytinq agentliyinin hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, Azərbaycanda 2022-2024-cü illərdə ümumi daxili məhsul (ÜDM) istehsalı müvafiq olaraq 48, 51 və 54 milyard ABŞ dolları səviyyəsində olacaq. Gələcək 3 ildə ÜDM-nin artım tempinin isə 5,7 %, 3,7 % və 2,2 % səviyyəsində proqnozlaşdırılır.

“Növbəti 3 ildə Azərbaycanda adambaşına düşən ümumi daxili məhsul 4,7 min ABŞ dolları, 5 min ABŞ dolları və 5,2 min ABŞ dolları olacağı gözlənilir ki, bu da, Azərbaycanda adambaşına düşən ÜDM-nin 4,9 %, 2,8 % və 1,4 % artacaq”, - Agentliyinin hesabatında bildirilir. (Report)

Digər xəbərlər