Maliyyə

“Toya görə götürülmüş kreditlərə cərimə yazılmasın”

“Toya görə götürülmüş kreditlərə cərimə yazılmasın” | FED.az
14:09 17 Mart 2020

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirə edilib. 

FED.az xəbər verir ki, layihə barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. 

Eləcə də bax: “Fors-major yaranıb, kredit ödənişlərimiz təxirə salınsın”

Dəyişikliyə əsasən, özəl tibb müəssisələrində dövlət tərəfindən yoxlamalar həyata keçirilə biləcək. Bildirilir ki, bu məsələ dövlətin təhlükəsizliyi ilə bağlıdır. 

Qanun layihəsi ətrafında müzakirələr başlayıb. 

Deputat Əli Məsimli bildirib ki, bir sıra özəl müəssisələrdə tibbi maskalardan istifadə edilmir: “İşçilər də rəhbərliyə bunu deyə bilmir. Odur ki, bu yoxlamaların başlaması prosesə kömək edəcək”.

Deputat Naqif Həmzəyev qeyd edib ki, vətəndaşların böyük əksəriyyəti toy məclislərini həyata keçirmək üçün kredit götürüblər: “Buna görə də, onlar banklara borcludur. Belə görünür ki, onlar mart və aprel ayında toy mərasimi etməyəcəklər. Mümkündürsə, hörmətli sədr, banklara müraciət edək ki, gecikmələrə görə banklar cərimə tətbiq etməsinlər”.

Deputat Razi Nurullayev bildirib ki, ölkədə tibbə aid sahələrin inkişafına ehtiyac var: “Seçildiyim İmişli rayonunda 400-ə yaxın tibbi personala ehtiyac var. Buna görə də, İmişlidə və digər bir neçə rayonda tibb məktəblər yaradılmalıdır. Belə halda, Azərbaycan Tibb Universitetinin fililalının açılmasına da ehtiyac var. Mən qəbul edilən qərarların icrası ilə bağlı məsələdən də danışmaq istəyirəm. Ötən il tütün məmulatları ilə bağlı qanun qəbul edildi. Heç o qanunun 30 faizi icra edilmir”. 

Müzakirələrdən sonra qanun layihəsi təklif edilən dəyişiklik səsə qoyularaq qəbul edilib.

Qafqazinfo

Digər xəbərlər