Maliyyə

“Visa” Elman Rüstəmova - MÜRACİƏT ETDİ

“Visa” Elman Rüstəmova - MÜRACİƏT ETDİ | FED.az
12:25 18 Aprel 2020

“Biz Azəbaycan Mərkəzi Bankına banklara təmassız (contactless) kartların ödəmə limitin yüksəldilməsini təmin etməsinə imkan verəcək normativ sənədlərə dəyişikliklərin həyata keçirilməsi imkanlarına baxılması xahişi ilə müraciət etdik”. 

Eləcə də bax: “Visa” Azərbaycanda təmassız ödəmə limitini - 60% ARTIRDI

FED.az xəbər verir ki, bunu “Visa” şirkətinin Qafqaz ölkələri üzrə regional meneceri Kristina Doroş təmassız ödənişlərlə bağlı limitin 50 manatdan 80 manata artırılmasını şərh edərkən deyib.

K.Doroşun sözlərinə görə, limitin artırılması şəffaflığa müsbət təsir edə bilər:

“Biz hökümətlərin və nağdsız ödənişlər sənayesinin limitinin yüksəldilməsi imkanlarının təmin etməsinə dəstəyini yüksək qiymətləndiririk. Belə ki, hazırda limit Mərkəzi Bankın normativ sənədlərində təsdiq edilib. Biz tənzimləyiciyə banklara limitin yüksəldirməsini təmin etməsinə imkan verəcək tövsiyə olunan dəyişikliklərin həyata keçirilməsi imkanlarına baxılması xahişi ilə müraciət etdik. Növbəti addım – pərakəndə satış və bankların nümayəndələri ilə satış nöqtələrində zəruri texniki dəyişiklikləri həyata keçirmək üçün sıx əməkdaşlıqdır”.

Qeyd edək ki, “Visa” rəqəmli kart üzərindən smartfonlar və smart-telefonlarla təmassız ödəmələrdə istənilən vəsaitin tranzaksiyasi zamanı PİN-kodun yığılması tələb olunmur.

Eyni zamanda “Visa Easy Payment” xidməti ilə təmassız ödəmələrin rahatlığı bütün növ ödəmələr arasında fırıldağın ən aşağı səviyyədə olması ilə fərqlənir. Təmassız ödəmələrin geniş yayıldığı ölkələrdə satış nöqtələrində fırıldaqçılığın göstəriciləri daim aşağıdır.

Report

Digər xəbərlər

Banner