Banner

Maliyyə

Vüsal Qasımlı: Bahalı kreditlər dövrü geridə qalıb

Vüsal Qasımlı: Bahalı kreditlər dövrü geridə qalıb | FED.az
10:24 6 Okt 2017

Azərbaycanda mikromaliyyə portfelinin genişləndirilməsinə ehtiyac var. FED.az xəbər verir ki, Report-un məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasıml bildirib: "Həmçinin, faizlər azaldırlmalıdır ki, ondan istifadə əlverişli olsun".

"İndi Azərbaycan mikromaliyyəsi özünətənqid ruhunda yanaşmalıdır. Mikromaliyənin portfeli təkcə mikromaliyyə portfeli olmamalıdır. Portfeldə yığımlar, sığortada mikromaliyyə və s. də əks olunmalıdır. Dünya təcrübəsi nəzərə alınaraq mikromaliyyənin portfeli təkmilləşdirilməlidir. Mikromaliyənin portfelini genişlədirməsək mikromaliyyənin xərclərini aşağı sala bilməyəcəyik", - deyə V.Qasımlı əlavə edib.

O bildirib ki, mikromaliyyə resurslarına əlçatanlığını təmin etmək üçün tədbirlər görülməlidir: "Bunun üçün də bu sahədə faizlər ucuzlaşmalıdır ki, mikromaliyyənin xidmətləri əlverişli olsun. Azərbaycanda bahalı kreditlər dövrü artıq geridə qalıb. Əlçatan kredit faizləri təklif etməliyik ki, ev təsərrüfatları da bu kreditlərdən istifadə etməkdə maraqlı olsunlar. Bunun da tək yolu "FinTech"dir. Təkcə bir nümunəni deyim ki, "Mobil banking"in isktifadəsi həm vaxta, həm də digər resurlara qənaət edəcək. Nəticədə, mikromaliyyənin faizləri aşağı düşəcək".

Digər xəbərlər

Banner