Maraqlı

Hindistan İrandan - NEFT ALACAQ

Hindistan İrandan - NEFT ALACAQ | FED.az
19:49 9 Noy 2018

Hindistan ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalardan güzəştlər əldə etdikdən sonra İslam Respublikasından neft idxalı imkanlarını araşdırır.
 
FED.az-ın “Report”-a istinadən verdiyi məlumata görə, bunu Hindistanın Xarici İşlər Nazirliyinin rəsmi nüməyəndəsi Rəviş Kumar bildirib.
 
ELƏCƏ DƏ BAX: OPEC-in dağılması ehtimalı – ARAŞDIRILIR
 
“ABŞ-ın Hindistanın enerji təhlükəsizliyinə göstərdiyi diqqəti yüksək qiymətləndirir və alqışlayırıq. Ölkəmiz İranın xam neftinin iri idxalçılarındandır və bu, enerji təhlükəsizliyimiz baxımından çox əhəmiyyətlidir. ABŞ-ın tətbiq etdiyi istisna halları araşdırırıq”, - o qeyd edib.
 
XİN rəsmisi ABŞ-la əldə olunmuş, İrandan neft idxalını davam etdirməyə imkan verən razılaşmanın təfərrüatını açıqlaya bilməyəcəklərini də diqqətə çatdırıb.
 

Digər xəbərlər

Banner