Maraqlı

İran prezidenti: "Valyuta Fondu "ayrı-seçkilik" edir"

İran prezidenti: "Valyuta Fondu "ayrı-seçkilik" edir" | FED.az
11:52 8 Aprel 2020

İran Prezidenti Həsən Ruhani Beynəlxalq Valyuta Fonduna (BVF) çağırış edib.

Eləcə də bax: İranda koronavirusdan ölənlərin sayı - 3 872-YƏ ÇATDI

FED.az xəbər verir ki, bu barədə Həsən Ruhani hökumətin iclasında çıxışı zamanı deyib.

“Beynəlxalq təşkilatları öz vəzifələrini yerinə yetirməyə çağırıram. Biz Beynəlxalq Valyuta Fondunun üzvüyük. Kredit verilərkən ayrı-seçkilik tətbiq  olunmamalıdır”, - deyə İran Prezidenti bildirib.

H. Ruhani ABŞ-ın tətbiq etdiyi sanksiyaları da tənqid edib, bunu
“iqtisadi və tibbi terrorizm” adlandırıb.

Qeyd edək ki, İran koronavirus pandemiyası ilə mübarizə üçün BVF-dan 5 milyard dollar təcili maliyyə yardımı istəyib.

Apa

Digər xəbərlər