Nəqliyyat

127 nömrəli yeni müntəzəm marşrut xətti - "Baku Bus"a Verildi

127 nömrəli yeni müntəzəm marşrut xətti  - "Baku Bus"a Verildi | FED.az
17:30 26 Yan 2021

Paytaxtın ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması istiqamətində işlər davam etdirilir.

Eləcə də bax: "BakuBus"a yeni direktor - Təyin Edilib

Bu barədə FED.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

"Xüsusilə şəhərətrafı ərazilərdə məskunlaşma nəzərə alınaraq sakinlərin marşrut tələbatının ödənilməsi məqsədilə Qaradağ rayonu ərazisində yerləşən “Puta” hərbi şəhərciyinin hərbiçi sakinlərinin nəqliyyat xidmətindən daha rahat istifadəsi üçün 127 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib. Müntəzəm xəttin istismarı “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Bununla da “Puta” hərbi şəhərciyinin şəhər mərkəzi ilə birbaşa marşrut xətti ilə əlaqələndirilməsi təmin olununacaq. Marşrut xətti üzrə gediş haqqının ödənişi nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Marşrut xətti yanvarın 27-dən fəaliyyətə başlayacaq", - məlumatda deyilir.

 

Banner

Digər xəbərlər