Nəqliyyat

AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə - MÜRACİƏT EDİB

AZAL Bakı-İstanbul reysinin sərnişinlərinə - MÜRACİƏT EDİB | FED.az
12:14 16 İyun 2020

Bu ilin 17-18 iyun tarixlərində Bakıdan İstanbula uçan sərnişinlər uçuşdan əvvəl  mütləq qaydada koronavirus infeksiyası (COVID-19) testindən keçməlidirlər.

Eləcə də bax: AZAL-dan İstanbul reysi ilə bağlı – YENİ AÇIQLAMA – DƏYİŞİKLİK VAR

FED.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) məlumata görə, tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə tanış olun:

- İnci laboratoriyası - Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80

 

 Referans klinikası - Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33

- Memorial Klinik, Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40

Qaydalara əsasən sərnişinin koronavirus testindən keçməsi barədə arayış uçuşdan ən gec 48 saat əvvəl verilməlidir. Sərnişin yalnız testdən keçərək mənfi nəticə əldə etməsi  barədə arayış təqdim etdikdən sonra təyyarəyə buraxılacaqdır.

Bakı-İstanbul reyslərinə birinci Terminalda xidmət göstəriləcək.

Xatırladırıq ki, 17 və 18 iyun tarixlərində "Azərbaycan Hava Yolları" tərəfindən Bakı-İstanbul-Bakı marşrutu üzrə iki xüsusi reys yerinə yetiriləcək.

Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.

Bakı-İstanbul reysinə aviabiletləri həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya həmin  ölkələrdə yaşamaq  hüququna malik olan şəxslər) əldə edə bilər.

İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən uçuşdan ən gec 48 saat əvvəl verilmiş COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir. Qeyd etməliyik ki, bu klinika Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirusa dair testdən keçmək üçün tövsiyə olunub.

AZAL sərnişinləri Operativ Qərargahın, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizəyə dair bütün tələb və tövsiyələrinə əməl etməyə çağırır.

Aviaşirkət və hava limanı əməkdaşları isə, öz növbələrində, uçuşun maksimum dərəcədə rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.

Digər xəbərlər

Banner