Banner

Nəqliyyat

AZAL biletlərin qaytarılması müddətini uzadıb - RƏSMİ AÇIQLAMA

AZAL biletlərin qaytarılması müddətini uzadıb - RƏSMİ AÇIQLAMA | FED.az
15:04 31 May 2020

Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Eləcə də bax: “Azal” və “Buta Airways”dən - BİLET ALANLARIN NƏZƏRİNƏ

FED.az bu barədə AZAL-a istinadən xəbər verir. 

Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Digər xəbərlər

Banner