Nəqliyyat

AZAL-dan - “Zəngəzur” Açıqlaması

AZAL-dan  - “Zəngəzur” Açıqlaması | FED.az
11:43 2 Avq 2021

Bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Bakı-Naxçıvan istiqamətində uçuş zamanı Zəngəzur üzərindəki hava məkanından istifadə olunması barədə yanlış məlumat yayılıb.

Eləcə də bax: Zəngəzur dəhlizinin istifadəyə verilməsi regiona - Nə Verəcək?

“Azərbaycan Hava Yolları” rəsmi olaraq məlumat verir ki, Zəngəzur üzərində hava dəhlizi hələlik mövcud deyil və aviaşirkətlər tərəfindən istifadə olunmur.

AZAL kütləvi informasiya vasitələrini təsdiqlənməmiş informasiyaya etibar etməməyə və yalnız rəsmi mənbələrə müraciət etməyə çağırır.

“Azərbaycan Hava Yolları” bu təxribatçı hərəkətlərin, yəni qəsdən yalan məlumatların yayılmasının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır.

Banner
Banner

Digər xəbərlər