Nəqliyyat

AZAL-ın qiymətlərindən xarici iş adamları da narazıdır - AÇIQLAMA

AZAL-ın qiymətlərindən xarici iş adamları da narazıdır - AÇIQLAMA | FED.az
16:52 11 İyun 2021

"AmCham Azerbaijan" Azərbaycan hökumətini daha çox xarici hava nəqliyyatı şirkətlərini cəlb edərək onları Bakıya və Azərbaycanın digər şəhərlərinə uçuş həyata keçirməyə stimullaşdırmaq üçün tədbirlər görməyə çağırır.

Eləcə də bax: “AZAL-ın biletləri 14 günlük müalicədən baha başa gəlir”

FED.az xəbər verir ki, bu barədə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") ölkə üzrə təqdim etdiyi növbəti "Ağ Sənəd"də deyilir.

Bildirilir ki, Azərbaycanın, xüsusən də Bakının hava limanlarının təklif etdiyi xidmət şərtləri və tarifləri xarici hava nəqliyyatı şirkətlərinin həvəsləndirməlidir. Bununla bağlı sənəddə tariflər, hava qovşaqları, loukoster aviaşirkətlər və regional hava limanının icarəyə verilməsi ilə bağlı tövsiyələr var.

Tariflərə gəldikdə, qeyd olunur ki, hava limanında xidmət tariflərini hava nəqliyyatı bazarını azad və ədalətli olmağa stimullaşdıracaq səviyyədə müəyyən etmək lazımdır. Bundan əlavə, Avropa İttifaqı ölkələri üçün vizasız rejimin tətbiqindən sonra AZAL və xarici şirkətlərin Avropanın müxtəlif ölkələrinə müntəzəm uçuşları həyata keçirməyi təmin edilməsi tövsiyə olunur.

AZAL tərəfindən əhatə olunmayan istiqamətlərdə uçuş həyata keçirən loukoster aviaşirkətlər üçün əlverişli hava limanı tarifləri tətbiq etmək təklif olunur: "Bizim fikrimizcə, Azərbaycana əlverişli qiymətlərlə hava nəqliyyatı təklif olunduğu təqdirdə ölkəyə cəlb olunacaq gənc səyahətçilər Azərbaycanda 3 və 4 ulduzlu mehmanxanaların müştəri tələbatlarını ödəyəcəklər. Bu tədbir hostellərin və qonaq evlərinin, eləcə də restoranların, suvenir istehsalçıları kimi digər kiçik bizneslərə müsbət təsir göstərəcək və onların inkişafını sürətləndirəcək, həmçinin, Azərbaycanın kiçik və orta sahibkarlığın inkişaf etdirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq", - "Ağ Sənəd"də deyilir. (Apa)

Banner
Banner

Digər xəbərlər