Nəqliyyat

AZAL-ın veb-saytının bəzi - FUNKSİYALARI İŞLƏMƏYƏCƏK

AZAL-ın veb-saytının bəzi - FUNKSİYALARI İŞLƏMƏYƏCƏK | FED.az
17:01 29 Yan 2020

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) resurslarının sənayenin innovativ flaqmanı “Amadeus” platformasına köçürülməsi ilə əlaqədar rəsmi “www.azal.az” veb-saytının bəzi funksiyaları fevralın 5-dən (Bakı vaxtı ilə 20:00) etibarən müvəqqəti olaraq işləməyəcək.

Eləcə də bax: AZAL: "Sərnişinlər biletləri - PULSUZ QAYTARA BİLƏRLƏR" - AÇIQLAMA

FED.az xəbər verir ki, aviaşirkətdən bildirilib ki, sayt və mobil əlavəmizdə işlər görüldüyü müddət ərzində aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması səhifəsi işləməyəcək. Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə “[email protected]” elektron poçt ünvanı, saytdakı əks əlaqə forması və yaxud “WhatsApp” (+994 12 437-40-82) vasitəsilə müraciət edə bilərsiniz.

Digər xəbərlər