Nəqliyyat

“Azal” və “Buta Airways”dən - BİLET ALANLARIN NƏZƏRİNƏ

“Azal” və “Buta Airways”dən - BİLET ALANLARIN NƏZƏRİNƏ | FED.az
19:32 23 May 2020

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" və Buta Airways aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Eləcə də bax: Gələn ay beynəlxalq ucuşların bərpası gözlənilir - TƏBİB

FED.az "qafqazinfo"ya istinadən xəbər verir ki, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Digər xəbərlər

Banner