Nəqliyyat

Azərbaycan-Türkiyə arasındakı uçuşlar 31 marta qədər - LƏĞV EDİLİB

Azərbaycan-Türkiyə arasındakı uçuşlar 31 marta qədər - LƏĞV EDİLİB | FED.az
14:09 16 Mart 2020

Azərbaycan və Türkiyə prezidentlərinin birgə verdikləri qərara görə Azərbaycan-Türkiyə arasındakı uçuşlar 15 mart 2020-ci il tarixindən etibarən 31 mart 2020-ci il tarixinə qədər ləğv edilib.

FED.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən  verilən məlumata görə, bu müddət ərzində uçuşlara daha öncədən bilet almış sərnişinlər aşağıdakı şərtlər daxilində dəyişilik edə bilərlər:

31 mart tarixinə qədər dəyişmək istəyənlər

Eyni uçuşa və ya bölgə içindəki digər yerə (Praqa bileti olan Vyanaya dəyişdirə bilər) bileti ən son 31 may 2020-ci il tarixinə qədər istifadə edəcəyi şəkildə dəyişdirə bilər.

Biletin yararlılıq müddəti 31 may 2020-ci il tarixinə qədər uzadıla bilər.

Uçuşunu gerçəkləşdirməyəcək olan sərnişinlər qaydaya uyğun olaraq biletlərini geri qaytararaq ödədikləri pulu geri ala bilərlər.

Azərbaycandan Türkiyəyə dönmək istəyən türk vətəndaşları üçün yetərli tələb olarsa, təxliyə uçuşu həyata keçiriləcək. Uçuş gerçəkləşməsi zamanı sadəcə türk vətəndaşları qəbul ediləcək. Türkiyədə oturum izni olan Azərbaycan və başqa ölkə vətəndaşları  qəbul edilməyəcək. Təxliyə uçuşla getmək istəyən Türkiyə vətəndaşlarının [email protected] adresinə ad soyad, pasport, telefon- email məlumatları göndərmələri xahiş olunacaq. Uçuş zamanı mail yoluyla saatı və şərtləri ilə əlaqəli məlumat veriləcək.

Modern

Digər xəbərlər

Banner