Nəqliyyat

Azərbaycanda texniki baxışın qiyməti qalxdı - RƏSMİ

Azərbaycanda texniki baxışın qiyməti qalxdı - RƏSMİ | FED.az
22:29 7 Yan 2020

Azərbaycanda nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti rəsmi olaraq qalxdıb.

Eləcə də bax: Sürücülərin nəzərinə: Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı unikal yenilik - VİDEO

FED.az "Avtosfer.az"a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin qəbul etdiyi dəyişiklik yanvar ayının 1-dən qüvvəyə minib. Belə ki, artıq bütün nəqliyyat vasitələri üçün texniki baxışın qiyməti 30 manat təşkil edir. 

Qeyd edək ki, Milli Məclisin 30 sentyabr tarixində keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. İclasda rüsumun artırılması üçün "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Digər xəbərlər