Nəqliyyat

Azərbaycanda yük göndərənin - MƏSULİYYƏTİ ARTIRILIR

Azərbaycanda yük göndərənin - MƏSULİYYƏTİ ARTIRILIR | FED.az
16:49 24 Aprel 2020

Azərbaycanda yük göndərənin daşıyıcı qarşısında məsuliyyəti artırılır.

Eləcə də bax: BTQ-də yük daşımanın daha da artırılmasının - ŞƏRTLƏRİ AÇIQLANDI

FED.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 853.2-ci maddəsində "məlumatın" sözü "məlumatların və sənədlərin" sözləri ilə əvəz edilir. Bununla da yük göndərən yalnız məlumatın deyil, sənədlərin də olmamasına görə dəyən zərərin əvəzini ödəyəcək.

Hazırkı maddədə isə qeyd olunur:

“Yük göndərən bu məlumatın olmaması və qeyri-dəqiqliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir”.

Trend

Digər xəbərlər