Nəqliyyat

Azərbaycanın maşın bazarında bahalaşma davam edir - QIYMƏTLƏR

Azərbaycanın maşın bazarında bahalaşma davam edir - QIYMƏTLƏR | FED.az
20:07 22 Fev 2019

Bu ilin yanvar ayında Azərbaycanda minik avtomobilləri 0,1%, velosipedlər isə 0,2% bahalaşıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Son 1 ildə isə minik avtomobillərinin qiymətində 0,5% azalma, velosipedlərin qiymətində isə 1,7% artım qeydə alınıb. 

Ötən ay 1 minik avtomobilinin orta qiyməti 35 242 manat, 1 velosipedin orta qiyməti isə 164,9 manat təşkil edib.

Digər xəbərlər