Nəqliyyat

Bakı-Gəncə istiqamətində əlavə qatar - TƏYİN EDİLİB

Bakı-Gəncə istiqamətində əlavə qatar - TƏYİN EDİLİB | FED.az
16:02 8 Noy 2019

“Azərbaycan Dəmir Yolları” QSC 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək üçün əlavə qatar təyin edib.

FED.az xəbər verir ki, noyabrın 9-da bir istiqamətə təyin olunan 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı saat 8:45-də Bakıdan yola düşəcək və saat 13:00-da Gəncəyə çatacaq.

Eləcə də bax: Bakı-Gəncə sürət qatarının hərəkət - CƏDVƏLİ DƏYİŞDİRİLİR

Noyabrın 11-də isə Bakıdan və Gəncədən 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə hərəkət edəcək. Saat 8:45-də Bakıdan yola düşəcək qatar saat 13:00-da Gəncədə olacaq.

Saat 17:00-da isə Gəncədən əks istiqamətə hərəkət edəcək, saat 21:15-də Bakıya çatacaq.

Digər xəbərlər