Nəqliyyat

Bakı-İstanbul təyyarəsi Ankarada - ENİŞ EDİB

Bakı-İstanbul təyyarəsi Ankarada - ENİŞ EDİB | FED.az
12:30 7 Yan 2020

Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib.

Eləcə də bax: İstanbulda hava limanında qəza: Uçuşlar - LƏĞV EDİLDİ - VİDEO

FED.az xəbər verir ki,“Buta Airways”ə istinadən verilən məlumata görə, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

Məlumatda deyilir ki, İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Report

Digər xəbərlər

Banner