Nəqliyyat

Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA

Bakıda yolların buz bağlaması əsas prospektlərdə sıxlıq yaradıb - BNA | FED.az
09:58 22 Yan 2021

Bakıda gecə yolların buz bağlaması səhər saatlarında avtomobillərin sıxlığına səbəb olub.

Eləcə də bax:Bakının yollarında sürət həddi endirildi - BNA-dan AÇIQLAMA 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda paytaxtın Ziya Bünyadov prospekti hər iki istiqamətdə, Heydər Əliyev prospekti şəhər istiqamətində və Hava Limanı magistral yolu hər iki istiqamətdə sıxlıqdır: "Yolun buz bağlaması nəticəsində Zığ - Hava Limanı yolunda zəncirvari qəzalar da baş verib. Sürücülərdən xahiş edirik ki, bu cür hava şəraitini nəzərə alaraq yollarda ehtiyatlı olsunlar, sürət həddinə əməl etsinlər". (Trend)

Banner

Digər xəbərlər